İtaliyalı texnoloq hesabı barmaqları ilə ödəyir

11:08 - 07 Avqust 2023

İtaliyalı texnoloq hesabı barmaqları ilə ödəyir

İtaliyada Mattia Konfetti adlı kibertəhlükəsizlik mütəxəssisi əlinə beş müxtəlif mikroçip yerləşdirib.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, italyalı mütəxəssis təmassız ödənişlərdə istifadə edilən çiplər sayəsində artıq pul kisəsi, kredit kartı və şəxsiyyət vəsiqəsi daşımadığını bildirib.

Mattia Konfettinin sözlərinə görə təmassız çip texnologiyası ödənişlərdə inqilab edir:

“Mən artıq özümlə şəxsiyyət vəsiqəsi, pul kisəsi və ya kredit kartı daşımıram. Mikroçiplər gələcəkdə sinir sistemi xəstəliklərinin erkən diaqnostikasında istifadə oluna bilər. Bu mikroçiplər Elon Maskın neyrolink beyin çipi kimi sistemlərlə əlaqə qura bilir. Biz beyin funksiyalarını yaxından araşdıra və onların sirlərini aça bilərik. Bu texnologiyadan insanlar və maşınlar arasında harmonik bir gələcək qurmaq üçün istifadə edilə bilər. Maşınlar inkişaf edən texnologiya ilə insanlığa xidmət edə bilər”.

Aygün

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az