Kambocanın baş naziri Hun Sen 39 illik vəzifəsini oğlu Hun Manetə təhvil verib.
Manset.az xəbər verir ki, Cənubi Asiya ölkəsi Kambocanın 71 yaşlı baş naziri Hun Sen keçən iyun seçkilərində qalib gəldikdən sonra oğlu Hun Manetin yeni dövrdə baş nazir olacağını açıqlayıb.
Bu gün dərc edilən Kral Fərmanı ilə, kadr dəyişikliyinin Kamboca Kralı Norodom Sihamoni tərəfindən təsdiqləndiyi açıqlayıb. Qərarın avqustun 22-də Kamboca parlamentində keçiriləcək səsvermədən sonra rəsmiləşəcəyi bildirilir.
Qeyd edək ki, 39 ildir ölkəyə rəhbərlik edən Hun Sen dünyada ən uzun müddət baş nazirlik edən liderlər sırasında yerini tutub.
Jalə
Manşet.az