Tunis yaxınlığında miqrant faciəsi

15:11 - 08 Avqust 2023

Tunis yaxınlığında miqrant faciəsi

Tunisin Şafaks əyaləti sahillərində qeyri-qanuni miqrantları daşıyan qayığın batması nəticəsində 11 nəfərin ölüb, 44 nəfərin isə itkin düşüb.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Şafaks Asliye Məhkəməsinin sözçüsü Fevzi əl-Məsmudi Anadolu Agentliyinə açıqlamasında bildirib.  

Məsmudi hadisədə ölən 11 nəfərin cəsədinin tapıldığını, 44 mühacirlə əlaqənin kəsildiyini qeyd edib.

Tunisin daxili işlər naziri Kamal əl-Fəkinin sözlərinə görə bu ilin əvvəlindən iyulun 20-dək ölkəsinin sahillərində 901 cəsəd tapılıb. Faki bildirib ki, ölənlərdən 36-sı tunisli, 267-si əcnəbidir, qalanların şəxsiyyətini müəyyənləşdirmək mümkün deyil.

Aygün

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az