Birləşmiş Millətlər Təşkilatının (BMT) Türkiyə üzərindən Suriyaya göndərdiyi humanitar yardımın sərhəd keçid müddəti uzadılıb.
Manset.az İHA-ya istinadən xəbər verir ki, BMT-nin Humanitar Koordinasiya Ofisinin sözçüsü Eri Kaneko, Suriya rejiminin Türkiyə üzərindən Suriyaya BMT-nin yardımının Bab əl-Salam (Öncüpınar) və Əl Ra'ee (Çobanbey) sərhəd qapılarından keçməsi üçün icazəni noyabrın 13-dək uzatdığını bildirib.
Keçən il fevral ayında Türkiyədə baş verən zəlzələdən sonra Suriya BMT yardımının bölgəyə çatdırılması üçün avqustun 13-dək Türkiyədən keçən bu iki sərhəd qapısından istifadəyə icazə verib.
2014-cü ildən BMT Suriyanın şimalında milyonlarla insana humanitar yardım çatdırmaq üçün Türkiyə üzərindən Bab əl-Hava sərhəd keçidindən istifadə edir.
Jalə
Manşet.az