Polşa Belarusla sərhəddə əlavə əsgər göndərir

23:09 - 08 Avqust 2023

Polşa Belarusla sərhəddə əlavə əsgər göndərir

Polşada Belarusla sərhədə əlavə qoşunların göndərilməsi tələbi təsdiqlənib.

 

Manset.az  Polşa xəbər agentliyi PAP-a istinadən xəbər verir ki, nazirlikdən verilən açıqlamada, "Müdafiə naziri Mariuş Blaşçak sərhədçilərdən əlavə əsgər tələbini qəbul etdi. Polşa-Belarus sərhədindəki dinamik vəziyyət və tələb səbəbiylə nazir Blaşçak əlavə əsgərlərin göndərilməsini əmr etdi”- bildirib.

Qeyd edək ki, bu həftənin əvvəlində Polşa Sərhəd Mühafizəsi Belarus sərhədinə əlavə 1000 hərbçi göndərilməsini istəyib.

Həmiçinin Varşava administrasiyası Belarus sərhədində elektron hasar da çəkmişdi.

Vaqner muzdlu qruplaşmasının üzvləri son həftələrdə Polşa sərhədi yaxınlığında müşahidə edilib və baş nazir Mateuş Morawiecki bildirib ki, bu hadisə NATO-nun şərq cinahında vəziyyəti sabitsizləşdirmək məqsədi daşıyır.

Polşa KİV-lərinin məlumatına görə, hazırda ölkənin Belarusla sərhədində 2000 əsgər, həmçinin yüzlərlə polis və sərhədçi yerləşdirilib.

Jalə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az