Mövcud olmayan xəstəliklər üçün peyvənd hazırlanır

09:52 - 09 Avqust 2023

Mövcud olmayan xəstəliklər üçün peyvənd hazırlanır

Böyük Britaniya alimləri gələcəkdə baş vermə ehtimalı olan xəstəliklərə qarşı peyvəndlərin yaradılması üzərində işləməyə başlayıblar.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Böyük Britaniya Səhiyyə Təhlükəsizliyi Agentliyinin baş professoru Dame Jenny Harries Sky News-a açıqlamasında bildirib.

Beləki, bütün dünyaya təsir edən COVID-19 epidemiyasından sonra heyvanlardakı digər patogenlərin insanlara təsir etmək üçün təkamül edə biləcəyini düşünən tədqiqatçılar mümkün peyvəndlər üzərində işləyirlər. Buna görə də "mövcud olmayan xəstəliklər" üçün peyvəndlər istehsal etməyə çalışırlar.

Tədqiqat Böyük Britaniya hökumətinin Sağlamlıq Təhlükəsizliyi Agentliyi (UKHSA) tərəfindən Uiltşirdəki yüksək mühafizəli Porton Daun laboratoriyasında aparılır.

Bildirilib ki, laboratoriyada çalışan 200 alim heyvan viruslarına qarşı hələ insanlara təsir etməyən vaksinlər hazırlamağa çalışır.

Aygün

Menşet.az

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az