ABŞ-ın şərqində baş verən fırtına nəticəsində ilkin araşdırmalara görə 2 nəfər həyatını itirib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, fırtınalar səbəbilə Cənubi Karolina ştatında 15 yaşlı oğlanın üzərinə ağac düşməsi, Alabama ştatında isə 28 yaşlı gənci ildırım vurması nəticəsində həyatını itirib.
Fırtınadan zərər çəkmiş ştatlarda 1,1 milyon ev və iş yerində elektrik enerjisi kəsilib. Rayon rəsmiləri zədələnmiş elektrik xətlərinin təmirinin vaxt aparacağını bildiriblər.
Aygün
Manşet.az