“Rusiyanın “Taxıl sazişi”nə qayıtması Qərb ölkələrindən asılıdır” - Ərdoğan

12:00 - 09 Avqust 2023

“Rusiyanın “Taxıl sazişi”nə qayıtması Qərb ölkələrindən asılıdır” - Ərdoğan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Rusiyanın “Taxıl sazişi”nə qayıtması Qərb ölkələrinin öz öhdəliklərini yerinə yetirməsindən asılıdır.

 

Manset.az xəbər verir ki, Türkiyə lideri ölkələr arasında əldə edilən razılaşmalara sonradan riayət edilməməsini mənfi tendensiya kimi qiymətləndirib.

“Təəssüf ki, son vaxtlar əldə edilən razılaşmalara sadiqlik prinsipinə əməl edilmir”, - deyə prezident vurğulayıb.

R.T.Ərdoğan vurğulayıb ki, Qərb ölkələri Qara Dəniz taxıl təşəbbüsünün ətrafında əldə edilmiş müsbət ab-havanı əvvəlcə atəşkəsə, sonra isə daimi sülhə çevirmək üçün diplomatik addımlar atmayıblar.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az