ABŞ-ın Kaliforniya ştatında Sakramento şəhərində iki oğru maraqlı oğurluq üsulu ilə hər kəsi heyrətə gətirib.
Manset.az xarici informasiya vasitələrinə istinadən xəbər verir ki, furqon sürücüsü bankomatı avtomobilin altlıqları ilə platformasından çıxararaq yerə yıxıb. Bu zaman başqa bir avtomobil aşmış bankomata doğru hərəkət edib.
Furqonu idarə edən oğru yıxılan bankomatı altlıqlarla qaldıraraq dostunun maşınına qoyub. Beləki, şübhəlilər ərazidən qaçıblar, lakin qaçış zamanı bankomat furqondan düşüb və nəticədə yol-nəqliyyat hadisəsi baş verib.
Şəhər polisinin açıqlamasına görə hər iki şübhəli hadisə yerini tərk edib və oğruların şəxsiyyəti hələlik müəyyən edilməyib. Açıqlamada oğruları müəyyən edib polisə xəbər verən vətəndaşların min dollarla mükafatlandırılacağı bildirilib.
Aygün
Manşet.az