Meksikada 5.7 bal gücündə zəlzələ baş verib.
Manset.az azxeber.com-a istinadən xəbər verir ki, bu barədə Avro-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Belə ki, zəlzələ günorta saat 12:33-də, 127 km dərinlikdə baş verib.
Sözügedən zəlzələ Meksikanın Villaflores şəhərindən 26 km aralıda olub.