İndoneziyada keçirilən “Kainat gözəli” müsabiqəsinin bəzi təşkilatçılarının namizədləri cinsi qısnamaya məruz qoyduğu iddia edilib.
Manset.az xarici KİV-ə istinadən xəbər verir ki, finaldan əvvəl müsabiqə iştirakçılarından “bədən yoxlaması” və fotosessiya üçün üst paltarlarını çıxarmaq tələb olunub.
Beləki, təşkilatçılar iştirakçılara bədənlərindəki hər hansı çapıq, selülit və ya döymələri diqqətlə araşdırmalı olduqlarını deyiblər.
İştirakçılardan üçünün hüquqlarını müdafiə edən vəkil Mellisa Anggraeni eyni şikayətlə müraciət edənlərin daha çox olacağını bildirib.
Keçmiş İndoneziya gözəli Maria Harfanti yarışlarda bədən yoxlamalarının normal olduğunu, lakin namizədlərdən adətən çılpaq soyunmalarının tələb olunmadığını söyləyib. O əlavə edib ki, təşkilatçılar tez-tez yarışmaçılardan bədən nisbətlərini yoxlamaq üçün bədən kütləsi indekslərini soruşurlar. Həmçinin, qeyd edib ki, bədən yoxlamaları qapalı otaqda aparılsa da orada başqa adamlar da olub. Qapı tam qapanmır və insanları çöldə görmək imkanı verir.
Aygün
Manşet.az