Talibanın "iqtisadiyyat nümayəndələri” Türkiyəyə səfər edəcək

16:43 - 09 Avqust 2023

Talibanın \"iqtisadiyyat nümayəndələri” Türkiyəyə səfər edəcək

Əfqanıstanda administrasiyanı əlində saxlayan Talibanın “iqtisadiyyat heyətləri”nin Türkiyəyə gələcəyini açıqlayıb.

 

Manset.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Tolo News xəbər agentliyi məlumat verib.

Əfqanıstan dövlət mənbələri nümayəndə heyətinin Türkiyə rəsmiləri və “Əfqan sərmayədarları” ilə görüşəcəyini bildirib.

Görüşdə əfqan qeyri-qanuni mühacirlərlə bağlı məsələnin də müzakirə olunacağı vurğulanıb.

Qeyd edək ki, 2021-ci ilin oktyabrında Talibanın “xarici işlər nazirinin müavini Əmirhan Müttəki”nin başçılıq etdiyi nümayəndə heyəti xarici işlər naziri Mövlud Çavuşoğlunun dəvəti ilə Türkiyəyə səfər edib və Ankarada bir sıra görüşlər keçirib.

Aygün

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az