Əlillər üçün bağ evində yanğın: 11 nəfər öldü

17:51 - 09 Avqust 2023

Əlillər üçün bağ evində yanğın: 11 nəfər öldü

Fransada əlillərin qaldığı bağ evində baş verən yanğın nəticəsində 11 nəfər həyatını itirib.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, Fransanın Haut-Rhin bölgəsindəki Vinzenhaym şəhərində əlillər üçün nəzərdə tutulmuş bağ evindəki yanğın nəticəsində 500 kvadratmetrlik binanın 300 kvadratmetri yanıb. Hadisə yerli vaxtla saat 06:30 radələrində baş verib.

Bölgəyə 4 yanğınsöndürən maşını, 76 yanğınsöndürən, polis və tibb briqadaları göndərilib.

Daxili işlər naziri Gerald Darmanin yanğınsöndürmə idarəsinin sürətli və cəsarətli reaksiyasına baxmayaraq 17 nəfərin evdən təxliyyə edildiyi, 11 nəfərin itkin düşmə ehtimalının olduğunu bildirib.

Fransanın baş naziri Elizabet Borne yanğından sonra hadisə yerinə yollanıb.

Aygün

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az