İsveçrədə meteoritdən hazırlanmış ox ucu tapıldı

18:08 - 09 Avqust 2023

İsveçrədə meteoritdən hazırlanmış ox ucu tapıldı

İsveçrədə 3000 il əvvələ aid meteoritdən hazırlanmış ox ucu tapılıb.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, eramızdan əvvəl 900-800-cü illərə aid olan 39 millimetr (1,5 düym) ox ucu İsveçrənin Biel gölü sahilində, Mörigendə 19-cu əsrə aid yaşayış məntəqəsində aşkar olunub.

Araşdırma nəticəsində məlum olub ki, ox ucu Estoniyaya düşən meteoritdən hazırlanıb.

Tədqiqatçılar bildiriblər ki, bu, meteorit dəmirinin Avropada təxminən eramızdan əvvəl 800-cü ildə və ya daha əvvəl alqı-satqısının edildiyini göstərir.

Qeyd edək ki, Türkiyə, Yunanıstan, Suriya, İraq, Livan, Misir, İran, Rusiya və Çində meteorit dəmirindən hazırlanan alətlər tapılıb. Bu cür əsərlər əvvəllər Polşada Mərkəzi və Qərbi Avropada yalnız iki yerdə kəşf edilmişdi.

Aygün

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az