Hakan Fidana “Dövlətdə üstün xidmət medalı” təqdim olundu

19:14 - 09 Avqust 2023

Hakan Fidana “Dövlətdə üstün xidmət medalı” təqdim olundu

Türkiyə Milli Təhlükəsizlik Şurası (MGK) ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə toplanıb.

 

Manset.az Trt Haber-ə görə məlumat verir ki, iclasda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan  xarici işlər naziri Hakan Fidana “Dövlətdə üstün xidmət medalı” təqdim edib.

Həmçinin Ərdoğan təqaüddə olan komandirlərə də hədiyyələr verib.

Medalı alan Fidan “Mənimlə birlikdə xidmət edərkən Liviyada, Qarabağda, Suriyada, İraqda sizin əmrlərinizi yerinə yetirmək üçün şəhid olmuş dostlarımın adından bu medalı alıram” deyib.

Prezident Ərdoğan da “Rəbbim məkanlarını cənnət eləsin” deyib.

Jalə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az