ABŞ-ın keçmiş prezidenti Donald Tramp ona qarşı açılan məhkəmə işlərinin siyasi gediş olduğunu iddia edərək, bu məsələnin onun populyarlığını artırdığını bildirib.
Manset.az xəbər verir ki, ABŞ-ın keçmiş prezidenti Donald Trampa qarşı məhkəmə proseslərinə baxmayaraq, o, seçki işini bütün sürəti ilə davam etdirir.
Ötən həftələrdə “6 yanvar konqres basqını” ilə bağlı istintaq çərçivəsində açılan iddiadan danışan Tramp populyarlığının artdığını bildirib.
Keçmiş prezident Tramp ona qarşı məhkəmə prosesinin siyasi gediş olduğunu iddia edib. O bildirib ki, ABŞ prezidenti Co Bayden ölkə tarixində görülməyən bir iş görüb. Tramp bildirib ki, evində tapılan məxfi sənədlərə görə ona qarşı açılan iddia 2020-ci il seçkiləri ilə də bağlıdır.
O, yanvarın 6-da Konqresin reydinə səbəb olan seçkilərin saxtalaşdırıldığı iddiasını təkrarlayıb.
Jalə
Manşet.az