Ekvador prezidentliyinə namizəd öldürülüb - ANBAAN VİDEO

09:55 - 10 Avqust 2023

Ekvador prezidentliyinə namizəd öldürülüb - ANBAAN VİDEO

Ekvadorda ölkə prezidentliyinə namizəd Fernando Vilyavisensio seçkiqabağı görüşdən sonra naməlum şəxslər tərəfindən öldürülüb.

 

Manset.az oxu.az-a istinadən xəbər verir ki, onun ölüm xəbərini hazırkı dövlət başçısı Gilyermo Lasso təsdiqləyib.

“Onun xatirəsi və mübarizəsi naminə sizi əmin edirəm ki, bu cinayət cəzasız qalmayacaq. Yaxın bir neçə dəqiqə ərzində dövlətin Təhlükəsizlik Şurası Prezident Sarayında toplaşacaq”, – Ekvador prezidenti özünün “X” hesabında yazıb.

Yerli mətbuat yazır ki, prezidentliyə namizədin baş nahiyəsinə üç güllə vurulub. O, hadisə yerindəcə keçinib.

İlkin məlumatlara görə, hücum bir neçə şəxs tərəfindən təşkil edilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az