Twitter Trampın məlumatını gec təqdim etdiyi üçün cərimələndi

13:19 - 10 Avqust 2023

Twitter Trampın məlumatını gec təqdim etdiyi üçün cərimələndi

Əvvəllər Twitter adlanan X platforması keçmiş ABŞ prezidenti Donald Trampın hesabına aid sorğunu vaxtında yerinə yetirmədiyinə görə 350 min dollar cərimələnib.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, açıqlanan məhkəmə sənədlərinə görə 6 Yanvar Konqres basqını araşdırması ilə əlaqədar olaraq Trampın X-dəki hesabı ilə bağlı məlumatı dövlətə təqdim etmək üçün axtarış əmri verilib.

Məhkəmə, həmçinin, X-in axtarış qərarının varlığını və məzmununu Tramp da daxil olmaqla kiməsə açıqlamasını qadağan edən məxfilik qərarı alıb.

X sonda əmri yerinə yetirsə də, tələb olunan məlumatı üç gün gec təqdim etdiyinə görə 350.000 dollar cərimə olunub.

Tramp özünün sosial media platforması olan TruthSocial-da verdiyi açıqlamada prezident Co Baydenə və Ədliyyə Nazirliyinə reaksiya verib. Tramp bildirib ki, fırıldaqçı Co Baydenin mənim Ədliyyə Departamentinin Twitter hesabıma gizli hücum etdiyini indicə öyrəndim. Keçmiş prezident bunu vətəndaş hüquqlarına hücum kimi qiymətləndirib.

Aygün

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az