Havayda meşə yanğınlarında ölənlərin sayı 36-ya çatdı

14:25 - 10 Avqust 2023

Havayda meşə yanğınlarında ölənlərin sayı 36-ya çatdı

Havayda Maui adasında davam edən meşə yanğınlarında ölənlərin sayı 36-ya yüksəlib.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, ən çox dağıntılar Maui adasındakı Lahaina şəhərində baş verib. Dünyanın məşhur turizm bölgələrindən biri olan Mauinin yerli hökuməti indiyədək 36 cəsədin tapıldığını açıqlayıb.

Sakit okeanda qasırğanın yaratdığı küləklərlə yanğının şiddəti artıb.

12 min insanın yaşadığı bölgədə sahildəki bütün qayıqların yandığı bildirilib. Hazırda 4 minə yaxın turist Mauini tərk etməyə çalışır.

Səlahiyyətlilər, üç fərqli yanğının hələ nəzarət altına alınmadığını açıqlayıb.

Aygün

Manşet.az

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az