Norveç mediasının Türkiyə analizi: Hamı Ərdoğanın qapısını döyür

14:52 - 10 Avqust 2023

Norveç mediasının Türkiyə analizi: Hamı Ərdoğanın qapısını döyür

Norveç mətbuatı Türkiyənin dünyada baş verən böhranlara həll yönümlü münasibətinə biganə qala bilməyib.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, Norveçin “Dagbladet” nəşri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın fəal siyasətinin təhlilini dərc edib.

Sözügedən təhlildə "Putin, Bayden, Zelenski, Avropa Birliyi rəhbərləri, Afrika və Asiya liderləri Ərdoğanın qapısını döydüyü qeyd olunub.

Məqalədə İsveçin NATO üzvlüyü, F-16 məsələsi və taxıl dəhlizi razılaşmasının təsirlərindən bəhs edilib. Ərdoğanın beynəlxalq siyasətin mərkəzinə keçdiyi bildirilib. Türkiyə prezidentinin beynəlxalq siyasətdə mühüm həlledici güc əldə etdiyi vurğulanıb.

Təhlildə Türkiyənin əlində çox güclü diplomatik kartların olduğu və dünya liderlərinin həll edə bilmədikləri problemləri Ərdoğandan həll etməsini istədikləri bildirilib:

"Ərdoğan Ukrayna müharibəsinin diplomatik qalibi oldu. Putin, Bayden, Zelenski, AB rəhbərləri, Afrika və Asiya liderləri hamısı Ərdoğanın qapısını döyür. O, hamı ilə danışa bilən yeganə insandır."

Aygün

Manşet.az

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az