Polşa Belarusla sərhədə 10 min hərbçi yerləşdirəcək

16:47 - 10 Avqust 2023

Polşa Belarusla sərhədə 10 min hərbçi yerləşdirəcək

Polşanın hakimiyyət orqanları Belarusla sərhəddə ümumilikdə 10 min hərbçi yerləşdirməyə qərar verib.

 

Manset.az oxu.az-a istinadən xəbər verir ki, bunu ölkənin müdafiə naziri Mariuş Blaşak bildirib.

Nazirin sözlərinə görə, sərhədçilərə dörd min əsgər dəstək olacaq, daha altı min əsgər isə ehtiyatda qalacaq.

Bundan əvvəl Polşa sərhəd xidmətinin rəhbəri Tomaş Praqa Belarusla sərhədə min nəfərlik hərbçi göndərilməsi xahişi ilə Müdafiə Nazirliyinə müraciət etmişdi.

Blaşak onu da bildirib ki, müdafiə sahəsinin gücləndirilməsi davam edərsə, iki il ərzində Polşa Avropanın ən güclü quru ordusuna sahib olacaq.

“Xarici qoşunlara pul xərcləməkdənsə, Polşa ordusuna pul xərcləmək daha yaxşıdır”, - nazir əlavə edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az