İranda daha 2 jurnalist işdən qovuldu

17:06 - 10 Avqust 2023

İranda daha 2 jurnalist işdən qovuldu

İranın idman və gənclər naziri Həmid Səccadini tənqid etdiklərinə görə “İran” qəzetinin iki jurnalisti Azadə Pirakuh və Möhsün Əcirli işdən çıxarılıblar.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə İran İslam Respublikasının Teleradio Yayım Təşkilatının müxbiri və işdən çıxarılan jurnalist Möhsün Əcirli sosial media hesabında məlumat verib.

Hər iki jurnalist idman nazirini yetərsiz fəaliyyətlərinə görə tənqid ediblər.

Qeyd edək ki, sözügedən jurnalistlərin işdən çıxarılması İran prezidenti İbrahim Rəisinin ölkədə insanların söz və qələm azadlığının olması barədə iddialarından bir gün sonra baş verib.

Aygün

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az