Cənubi Koreya və ABŞ gələcək epidemiyalara hazırlaşmaq üçün birlikdə çalışacaqlar.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Cənubi Koreya Milli Yoluxucu Xəstəliklər İnstitutu ortaya çıxa biləcək yoluxucu xəstəliklərə hazırlıq üçün ABŞ Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutu ilə əməkdaşlıq edərək klinik araşdırmalara başladığını açıqlayıb.
Sınaqda ilk olaraq Kovid-19 xəstələri üçün yeni hazırlanmış virus əleyhinə və immunomodulyator dərmanların tədqiqi planlaşdırılır.
Yerli xəstəxanalar və tədqiqatçılar mümkün bir epidemiyaya hazırlıq üçün başladığı elan edilən klinik sınaqlarında iştirak edə biləcəklər.
Aygün
Manşet.az