ŞOK! 14 il sonra vəhşilik ortaya çıxdı: 19 yaşında oğurlandı, 33 yaşında qaçdı (FOTO)

22:52 - 10 Avqust 2023

ŞOK! 14 il sonra vəhşilik ortaya çıxdı: 19 yaşında oğurlandı, 33 yaşında qaçdı (FOTO)

2009-cu ildə qaçırılan 19 yaşlı qadın 14 il sonra saxlandığı yerdən qaça bilib. Polisə müraciət edən qadın 14 il çəkdiyi işgəncələrdən, şahidi olduğu dəhşətlərdən danışıb.

 

Bu barədə Manset.az “New York Post”-na istinadən məlumat verir. 

Rusiyanın Çelyabinsk şəhərində Yekaterina B. adlı qadın 19 yaşında qaçırıldığını və 14 il saxlandığı evdə dəfələrlə cinsi təcavüzə məruz qaldığını bildirib. Onu 2009-cu ildə 51 yaşlı Vladimir Çeskidovun qaçırdığını deyən qadın 19 yaşından evdə həbsdə olduğunu bildirib.

Yekaterina B. deyib ki, Çeskidov 2011-ci ildə Oksana adlı başqa bir qadını qaçıraraq öldürüb. Rusiya İstintaq Komitəsinin məlumatına görə, Çeskidov meyiti parçalara ayırıb və qalıqlarını evin zirzəmisində qaynadıb. Yerli məlumatlara görə, evdə sümüklər və pas izləri olan kəllə tapılıb.

“Bütün bu müddət ərzində 1000 dəfədən çox mənə işgəncə verdi və cinsi təcavüz etdi” deyən Yekaterina B. təcavüzkarın anası ilə birlikdə yaşadığı evdə həbs edildiyini açıqlayıb. 'Hər şeydən xəbərdar olacağı' bildirilən ana Valentinanın da nəzarətə götürüldüyü bildirilib.

Polis, kişi sərxoş olarkən anasının təcili yardım çağırdığını və bu müddət ərzində Yekaterina B.-nin qaça bildiyini açıqlayıb. Evdən qaçan qadın 14 ildir görmədiyi bacısının yanına gəlib, daha sonra polisə müraciət edib.

Yekaterina B. bacısına hücumçu ilə 19 yaşında tanış olduğunu və daha sonra onu evinə dəvət etdiyini deyib.

"Bir vağzalda mənə içki təklif etdi. Daha sonra məni evinə dəvət etdi, amma məni evində qapalı saxladı" deyən qadın ev işləri ilə də məşğul olduğunu və təcavüzkarın anasına baxdığını bildirib. Yekaterina B. qaldığı otağın qapısında asma qıfıl olduğunu və pəncərələrində dəmir məhəccər olduğunu bildirib.

51 yaşlı Vladimir Çeskidov hazırda psixiatriya xəstəxanasında silahlı nəzarətdədir və qətl, zorlama və adam oğurluğu maddələri ilə cinayət işi açılıb. Digər tərəfdən hücumçunun atası və keçmiş həyat yoldaşının taleyi ilə bağlı istintaq başladılıb.

Jalə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az