Ekvadorda prezidentliyə namizədi öldürənlər saxlanıldı

08:20 - 11 Avqust 2023

Ekvadorda prezidentliyə namizədi öldürənlər saxlanıldı

Ekvadorda prezidentliyə namizəd Fernando Vilyavisensionun qətlinə görə saxlanılanların hamısı başqa ölkənin vətəndaşlarıdır.

Manset.az  xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, istintaq tədbirləri nəticəsində polis Konokoto sektorunda və şəhərin cənubunda bir neçə ünvanda axtarışlar aparıb. Nəticədə 6 nəfər saxlanılıb, onların hamısı başqa ölkənin vətəndaşıdır.

Daxili İşlər Nazirliyinin bəyanatında saxlanılanların vətəndaşlığı dəqiqləşdirilməyib.

“El Tiempo” qəzetinin məlumatına görə, şübhəlilərin hamısı Kolumbiya vətəndaşlarıdır. Nəşrin məlumatına görə, onlardan ən azı biri artıq qətl və narkotik alverinə görə mühakimə olunub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az