ABŞ-ın Ohayo ştatının Klivlend şəhərində yerləşən Crocker Parkında təhlükəsizlik SAM adlı süni intellektlə dəstəklənən robot tərəfindən təmin edilib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, 420 kq ağırlığında SAM adlı patrul robotunun bölgədə cinayət nisbətini 46 faiz azaltdığı qeyd edilib.
Crocker Park Marketinq üzrə Vitse-Prezidenti Steysi Şmidt bildirib ki, SAM bizim gizli agentimizdir.
“O, Crocker Parkdakı təhlükəsizlik komandamızın yeni üzvüdür. Sadəcə olaraq təhlükəsizlik komandamızın kameraları, videoları və görüntüləri yoxlamaq üçün ehtiyat nüsxəsini çıxarmaq imkanı verir”.
Yeni mühafizəçi yağış və palçıq demədən 24 saat işləyir və doqquz müxtəlif marşrutda patrul xidməti göstərir.
Qeyd edək ki, SAM-ın süni intellekt alqoritmləri ona anormal vəziyyəti aşkarlamağa və sahədəki təhlükəsizlik komandasına real vaxt rejimində xəbərdarlıqlar göndərməyə imkan verir. Robot oğurluq, yanğın, avtomobil qəzaları və s. halları təsbit edir.
Aygün
Manşet.az