“Xanun” tayfunu Çinə yaxınlaşdıqca əvvəlki qasırğada ölənlərin sayı 78-ə yüksəlib.
Manset.az xəbər verir ki, bu barədə Çin dövlət mediası məlumat verib.
İki həftə əvvəl Çini vuran Dokusuri qasırğasının fəsadları hələ də davam etməkdədir. Son məlumatlara görə ölənlərin ümumi sayı 78-ə çatıb.
Bundan başqa Xanuna fırtınasının yaxınlaşacağı ilə bağlı xəbərdarlıq edilib. Daşqınlara Nəzarət və Quraqlığa Yardım Qərargahı bildirib ki, həftə sonu cənub-qərb Sıçuan və Yunnan əyalətlərində və şimal-qərb Qansu və Çinxay əyalətlərində də güclü yağış gözlənilir və vətəndaşlar ayıq olmalıdırlar.
Xilasedicilər hələ də axtarışları davam etdirirlər.
Aygün
Manşet.az