Havayda meşə yanğınlarında ölənlərin sayı 53-ə çatdı

12:46 - 11 Avqust 2023

Havayda meşə yanğınlarında ölənlərin sayı 53-ə çatdı

ABŞ-ın Havay əyalətinin ən böyük adalarından biri olan Mauidə baş verən meşə yanğınlarında həyatını itirənlərin sayı 53-ə yüksəlib.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ prezidenti Co Bayden Havay adalarını “fəlakət zonası” elan edib. Ağ Evin Havay adalarını fəlakət bölgəsi elan etməsi adaya federal yardımın yolunu açıb.

Adanın qərb sahilində yerləşən kurort şəhəri Lahainanın əyalət tarixində "ən böyük təbii fəlakət" kimi qeydə alınıb. Bildirilib ki, Lahainanın yenidən qurulması uzun illər çəkəcək.

Qeyd edək ki, çərşənbə axşamı günü Maui adasında başlayan meşə yanğınları "Dora" qasırğasının təsiri ilə yayılıb. 14 mindən çox turist təxliyə edilib, 11 min insan isə işıqsız qalıb. Adada 3 fərqli nöqtədə alovla mübarizə davam edir.

Aygün

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az