İspaniya meşə yanğınları ilə mübarizə aparmaq üçün maraqlı bir üsuldan istifadə edib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, İspaniya meşə yanğınları ilə mübarizədə keçilərdən istifadə edir.
Beləki, keçi sürüləri aşağı qiymətə və ətraf mühitə zərər vermədən kolların altını təmizləyərək uzun müddət meşə yanğınlarının qarşısının alınması üçün istifadə olunub.
Bu üsul uzun illərdir İspaniyanın Əndəlus bölgəsində istifadə edilib. Bildirilib ki, insanlar üçün çətin olan və maşınların çatması mümkün olmayan sahələr keçilər sayəsində daxil olmaq mümkündür.
Qeyd edək ki, 2017-ci ildə Çilidə onlarla insanın ölümünə səbəb olan faciədən sonra məşə yanğınlarına nəzarət etmək üçün İspaniyanın "Buena Cabra" və ya "yaxşı keçi" modelinindən istifadə olunur.
Aygün
Manşet.az