İqtisadi böhran içində olan Livanda büdcə çatışmazlığı səbəbindən “Tele Liban” dövlət televiziyasının ekranı qaralıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, televiziya bu gün səhər saatlarından etibarən yayımını dayandırıb.
40 ildir Tele Libanda operator işləyən jurnalist Bilal Şuman bildirib ki, Livanın İnformasiya naziri Ziyad Mekari birlik və televiziya rəhbərliyinin büdcə ilə bağlı razılığa gələ bilməməsindən sonra yayımı dayandırmaq qərarına gəlib. .
Bilal Şuman işçilərin 2 ildir maaşlarında artım gözlədiklərini, lakin ciddi bir irəliləyiş olmadığını qeyd edib. Jurnalistin sözlərinə görə böhrandan əvvəl (2019-cu ildə) aldığı maaş 1700 dollar idisə, hazırda ayda 30 dollar alır.
Digər tərəfdən Livan mətbuatında yer alan xəbərlərdə İnformasiya Naziri Mekarinin büdcə səbəbiylə uzun müddətdir problem yaşayan dövlət televiziyasını bağlamaq qərarı aldığı iddia edilib.
Mekarinin ofisindən hələlik rəsmi açıqlama verilməyib.
Aygün
Manşet.az