Türkiyənin İstanbul şəhərində bina orada aparılan təmir zamanı çöküb.
Manset.az “CNN Türk”ə istinadən xəbər verir ki, binanın altında qalanlar var.
Bildirilib ki, hazırda ərazidə axtarış-xilasetmə işləri davam etdirilir. Dağıntılar altında qalanlardan biri xilas edilib. Daha bir neçə nəfərin qaldığı ehtimal olunur.