“Türkiyə səmimiyyətlə Suriya ilə sülh istəyir, lakin sərhədlərinin və xalqının təhlükəsizliyini təmin etmədən Suriya ərazilərini tərk etməyəcək”.
Manset.az xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər “A Haber”ə müsahibəsində deyib.
O, Suriya hakimiyyətinin bu məsələdə daha rasional hərəkətlərinə ümid etdiyini bildirib. Həmçinin, qeyd edib ki, Suriyada sülhün bərqərar olması üçün ən mühüm mərhələ konstitusiyanın yaradılması və onun xalq tərəfindən qəbul edilməsidir.