Ermənistanda İrəvan-Gümrü avtomobil yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, “Volkswagen” markalı mikroavtobus ilə “ZIL” toqquşub. Nəticədə 11 nəfər ölüb, daha 6 nəfər isə yaralanıb.
Qəzanın səbəbi açıqlanmayıb.