Nigerdə üsyançılar prezidenti vətənə xəyanətdə mühakimə etmək istəyirlər

10:45 - 14 Avqust 2023

Nigerdə üsyançılar prezidenti vətənə xəyanətdə mühakimə etmək istəyirlər

Nigerdə ​​hakimiyyəti ələ keçirən hərbi xunta prezident Məhəmməd Bazumu "vətənə xəyanət" maddəsi ilə mühakimə etmək istədiyini açıqlayıb.

 

Manset.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, xunta Bazum və onun tərəfdarlarının ölkənin təhlükəsizliyini təhlükəyə atdıqlarını iddia ediblər. Xunta bir çox Qərbi Afrika siyasətçiləri və beynəlxalq ictimaiyyətin bəzi nümayəndələri ilə əlaqəli lobbilərin onlara qarşı yalan xəbərlər yaydığını və həmrəy olduğunu bildirib.

Qeyd edək ki, iyulun 26-da Niger prezidenti  Məhəmməd Bazum Mühafizə Alayının üzvləri tərəfindən saxlanılıb. Elə həmin axşam alay komandiri general Abdurrahman Tchiani administrasiyanı ələ keçirdiklərini bildirib. Tchiani Vətəni Mühafizə üzrə Milli Şura adlanan xuntanın rəhbərliyini öz üzərinə götürüb və müvəqqəti hökumətin başçısı olub. Xunta ölkəni demokratik seçkilərə aparacağını bildirib.

Aygün

Manşet.az

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az