İngiltərədən vətəndaşlarına İsveç xəbərdarlığı

11:38 - 14 Avqust 2023

İngiltərədən vətəndaşlarına İsveç xəbərdarlığı

Britaniya Xarici İşlər Nazirliyi İsveçə səfər edən vətəndaşlarına mümkün terror aktları barədə xəbərdarlıq edib.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, Böyük Britaniya İsveçdə Qurani-Kərimə qarşı təxribat xarakterli hücumlardan sonra ingilis vətəndaşlarından ayıq-sayıq olmaları istənilib. İngiltərə Xarici İşlər Nazirliyindən verilən açıqlamada İsveç səlahiyyətlilərinin bəzi planlaşdırılan hücumların qarşısını müvəffəqiyyətlə aldıqları və həbslər həyata keçirdikləri bildirilib.

Açıqlamada terrorçuların əcnəbilərin ziyarət etdiyi yerlərə hücum etmə ehtimalının böyük olduğu qeyd edilib.

Aygün

Manşet.az

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az