Banqladeşdə denq qızdırmasından ölənlərin sayı 398-ə çatdı

13:09 - 14 Avqust 2023

Banqladeşdə denq qızdırmasından ölənlərin sayı 398-ə çatdı

Banqladeşdə denq qızdırmasından ölənlərin sayı 398-ə yüksəlib.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, ölkədə son 24 saatda daha 11 nəfər dang qripindən həyatını itirib.

Banqladeş Səhiyyə Xidmətləri Baş İdarəsi bildirib ki, bu xəstəlikdən yalnız bir gündə 2 min 905 nəfərin xəstəxanaya yerləşdirilib.

Ötən il isə Banqladeşdə 281 nəfər dang qripindən dünyasını dəyişib.

Qeyd edək ki, tropik və subtropik bölgələrdə müşahidə olunan denq qızdırması insanlara ağcaqanadlar vasitəsilə keçir. İnkubasiya dövründən sonra ümumiyyətlə yüngül qızdırma ilə nəticələnən xəstəlik bəzi hallarda ölümlə nəticələnə bilər. Alimlər xəbərdarlıq edirlər ki, yüksək temperatur və uzun sürən yağışlar malyariya və denq qızdırması daşıyan ağcaqanadların artmasına səbəb olur. Xəstəliyə səbəb olan ağcaqanad növləri su gölməçələrində sürfələr yaratdığından mümkün çoxalma sahələrinə davamlı olaraq çiləmə lazımdır.

Aygün

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az