Talibanın qadınlara qarşı qadağanedici tətbiqlərindən sonra əfqan qadınlar küçədə və internetdə etiraz aksiyası keçirirlər.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Əfqanıstandakı Taliban administrasiyası iyul ayında bütün qadın gözəllik salonlarının bir ay içində bağlanmalı olduğunu elan etdikdən sonra, bir qrup qadın küçələrdə və evlərində “Çörək, ədalət, iş” yazılmış plakatlarla etiraz edib.
Talibana qarşı çıxan qadınlar basqılar artdıqca etirazlarını qapalı məkanlarda və internetdə keçirdilər.
Əfqan qadınlar “WhatsApp” və “Telegram” qrupları vasitəsilə təşkil edilən etiraz aksiyalarının foto və videolarını Facebook, Instagram və əvvəlki adı Twitter olan X platformalarında paylaşırlar. Beləliklə, əfqan qadınlar böhranın kəskinləşməsinə diqqət çəkirlər.
Qeyd edək ki, İnsan Haqları İzləmə Təşkilatının qadın hüquqları üzrə direktoru Heather Barrın sözlərinə görə küçələrdə etiraz edən qadınların görüntüləri beynəlxalq ictimaiyyəti gözlərini qaçırmamağa məcbur edən ən mühüm amildir.
Aygün
Manşet.az