Türkiyə XİN Laçın yolu ilə bağlı bəyanat yaydı

17:38 - 14 Avqust 2023

Türkiyə XİN Laçın yolu ilə bağlı bəyanat yaydı

“Türkiyə Laçın yolu ilə bağlı uzun müddətdir davam edən müzakirələri yaxından izləyir və Azərbaycanın bu məsələ ilə bağlı haqlı narahatlığını anlayır”.

 

Manset.az xəbər verir ki, bu barədə Türkiyə XİN bəyanat yayıb.

“Təəssüf ki, Azərbaycanın uzun müddətdir yüksək səslə səsləndirdiyi bu narahatlıqlar nəzərə alınmadı və nəticədə Azərbaycan öz suveren hüquqları çərçivəsində məqsədəuyğun hesab etdiyi tədbirləri həyata keçirdi. Türkiyə bu fikirdədir ki, Laçın yolu ilə bağlı Azərbaycana qarşı tənqidlərə heç bir əsas yoxdur. Hazırda Laçın yolundan tibbi keçidlərin təmin edilməsi, eləcə də yüklərin daşınması üçün əlverişli olan digər marşrutlar Azərbaycan tərəfinin vicdanla maksimum səy göstərdiyini göstərir", - deyə bəyanatda bildirilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az