2016-cı ildə Ankarada öldürülən Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov cinayəti ilə bağlı mühim irəliləyiş baş verib.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, səfiri qətlə yetirən FETÖ üzvü Mövlud Mert Altıntaşın ortağının həyat yoldaşı Beylikdüzündə bir evdə polislər tərəfindən yaxalanıb.
Qadının cinayətdə iştirakı müəyyən edilib. Həmçinin, silahlı terror təşkilatına üzv olmaq ittihamı ilə 9 il həbs cəzası qətiləşib.
Aygün
Manşet.az