ABŞ-ın Havay ştatında baş verən meşə yanğınlarında həyatını itirənlərin sayı 99-a yüksəlib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, yanğınlar nəticəsində həyatını itirənlərin sayının artacağı gözlənilir.
Axtarış-xilasetmə qrupları bölgədə davam edən işlər zamanı hər gün cəsədlərlə qarşılaşdıqlarını bildiriblər.
Yanğınlar səbəbiylə yeri müəyyən edilə bilməyən 1300 adamın hələ də qruplar tərəfindən axtarıldığı qeyd edilib.
Aygün
Manşet.az