Myanmanın şimalında nefrit mədənində güclü yağışların səbəb olduğu torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 22-yə çatıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Myanmanın Kaçin əyalətinin Hpakant şəhərində bazar günü baş verən sürüşmənin balansı getdikcə pisləşir. Xilasedicilər indiyədək 22 nəfərin cansız cəsədlərinə çatıblar.
Sürüşmənin güclü yağışların yağması səbəbi ilə torpaq qalaqlarının boşalması nəticəsində baş verdiyi təxmin edilir. Bölgədəki insanların torpaq yığınının sürüşməsi nəticəsində gölə sürükləndiyi bildirilir.
Qeyd edək ki, Myanma dünyada nefrit daşının təxminən 90 faizini istehsal edir.
Aygün
Manşet.az