Liviyanın paytaxtı Tripolidə iki gündür davam edən qarşıdurmalarda 27 nəfər həyatını itirib, 106 nəfər isə yaralanıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, dünən paytaxtın bəzi yerlərində Cinayət və Terrorla Mübarizə İdarəsi “Rada” ilə Milli Birlik Hökumətinə bağlı “444 Briqadası” arasında toqquşmalar baş verib.
Liviya hakimiyyəti bu gün paytaxtın cənubunda və Ayn Zara bölgələrində qarşıdurmaların davam etdiyini açıqlayıb.
Toqquşmaların səbəbi ilə bağlı rəsmi açıqlama verilməyib. Liviya mətbuatı münaqişənin “444-cü briqada”nın komandiri Mahmud Həmzənin “Rada” tərəfindən saxlanılması ilə bağlı olduğunu bildirib.
Qeyd edək ki, “Rada” və “444-cü Briqada” ölkənin qərbində fəaliyyət göstərən ən güclü iki milis qrupu hesab olunur.
Aygün
Manşet.az