Ukrayna prezidenti Vladimir Zelenski Zaporojye vilayətindəki hərbi hissələrə baş çəkdiyini bildirib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Zelenski sosial media hesabından məlumat verib.
Ukrayna prezidenti Zaporojye istiqamətində əməliyyat aparan briqadalara baş çəkdiyini, onların problem və ehtiyacları maraqlandığını, komandirlərin müharibənin gedişi ilə bağlı hesabatlarını dinlədiyini bildirib.
Zelenski Zaporojyadakı cərrahiyyə şöbəsində yaralı əsgərlərə baş çəkib.
Ukrayna prezidenti səfəri zamanı əsgərlərə mükafatlar təqdim edib.
Aygün
Manşet.az