Təqaüdçü professor nadir zinət əşyalarını oğurlamaqda ittiham olundu

15:22 - 16 Avqust 2023

Təqaüdçü professor nadir zinət əşyalarını oğurlamaqda ittiham olundu

Vaşinqtonda təqaüddə olan siyasi elmlər üzrə professor Lourens Qrey varlı tanışlarından on minlərlə dollar dəyərində qızıl-zinət əşyaları oğurlamaqda günahlandırılıb.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, professor oğurluq zinət əşyalarını Manhettendə hərrac evinə təslim edərək 45 min dollardan çox qazanıb.

Prokurorluqdan bildirilib ki, Lourens Qrey brilyant sırğalar, çəhrayı sapfir broş və 19-cu əsrə aid qızıl cib saatı da daxil olmaqla ən azı yeddi nadir və qiymətli zinət əşyası satıb.

Professorun varlanmaq üçün dəfələrlə oğurlanmış zinət əşyalarını satdığı vurğulanıb.

Qeyd edək ki, məhkəməyə çıxarılan Lourens Qrey zaminə buraxılıb. Oktyabrın 31-də yenidən məhkəməyə gələcəyi açıqlanıb.

Aygün

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az