Tunis rəsmiləri bir gecədə həyata keçirilən 18 əməliyyatda 630 qeyri-qanuni miqrantın xilas edildiyini açıqlayıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Tunis Milli Qvardiya Baş İdarəsindən yazılı açıqlama verib. Bildirilib ki, bir gecədə ölkənin ərazi sularında 18 qeyri-qanuni miqrasiya cəhdinin qarşısı alınıb.
Əməliyyatda Aralıq dənizini keçmək istəyərkən 80-i Tunisli, 550-si Saharaaltı Afrika ölkələrindən olan 630 qeyri-qanuni miqrant xilas edilib.
Həmçinin, ölkənin cənubundakı Şafaks vilayətində qeyri-qanuni miqrasiya təşkil etmək və ya vasitəçilik etməkdə şübhəli bilinən 20 nəfərin saxlanıb. Səlahiyyətlilər əməliyyatlar çərçivəsində insan qaçaqmalçılığı üçün istifadə edilən mühərrik və dəniz avadanlıqlarından 216 min dollardan çox pul ələ keçiriblər.
Qeyd edək ki, hər il minlərlə afrikalı qeyri-qanuni miqrant daha yaxşı həyat ümidi ilə Aralıq dənizi vasitəsilə Avropaya çatmaq üçün Liviya və Əlcəzairlə həmsərhəd olan Tunisə gəlir. Əlcəzair və Liviya arasında yarı yolda yerləşən Tunis İtaliyanın cənub adalarına yaxınlığı səbəbindən qeyri-qanuni miqrantlar üçün tranzit marşrutdur.
Aygün
Manşet.az