Vaşinqton administrasiyası İrandan Moskvanın Ukrayna müharibəsində istifadə etdiyi kamikadze dronların və ehtiyat hissələrinin Rusiyaya satışına son qoymasını istəyib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ administrasiyası bu il Qətər və Omanda İranla aparılan danışıqlarda məsələni gündəmə gətirib.
Xəbərdə bildirilib ki, Tehran rəhbərliyi dəfələrlə Rusiyadan Ukrayna müharibəsində kamikadze PUA-larının istifadəsinə son qoyulmasını tələb edib. Bununla belə, ABŞ administrasiyası İranın bununla bağlı daha konkret addımlar atmasını istəyib.
Qeyd edək ki, Ukrayna rəhbərliyi Rusiyanın İrandan aldığı kamikadze PUA-ları müharibədə istifadə etdiyinə dair açıqlamalar verib. İran administrasiyası isə Ukraynadakı müharibədə Rusiyanın kamikadze pilotsuz uçan aparatlardan istifadə etdiyinə dair xəbərləri təkzib edib.
Aygün
Manşet.az