Rusiya Ukraynada taxıl siloslarını vurdu

18:11 - 16 Avqust 2023

Rusiya Ukraynada taxıl siloslarını vurdu

Rusiya Ukraynanın Dunay sahilindəki Reni liman şəhərindəki taxıl siloslarına pilotsuz təyyarələrlə hücum edib.

 

Manset.az Haber Global-a istinadən məluat verir ki, Odessa valisi Oleh Kiper bu gün sosial media hesabından açıqlama verib. 

Açıqlamada  "Rus terrorçuları dünən gecə iki dəfə PUA-larla Odessa bölgəsinə hücum edib" deyən əsas hədəfin bölgənin cənubundakı liman və taxıl infrastrukturu olduğunu bildirib.

Həmçinin Ukrayna Prezident Aparatının rəhbəri Andriy Yermak pilotsuz təyyarələrin Reni limanını hədəf aldığını və hücumlar zamanı itkilərin olmadığını bildirib. Hücumdan sonra limanda işlərin fasiləsiz davam etdiyi öyrənilib.

Ukrayna Hərbi Hava Qüvvələrindən verilən açıqlamada, cənubda Odessa və Nikolayev bölgələri üzərində 13 İHA-nın məhv edildiyi açıqlanıb.

Jalə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az