Britaniya Muzeyində bir çox nadir eksponat yoxa çıxdı

10:27 - 17 Avqust 2023

Britaniya Muzeyində bir çox nadir eksponat yoxa çıxdı

İngiltərənin və dünyanın ən əhəmiyyətli muzeylərindən biri olan Britaniya Muzeyinin anbarlarındakı bir çox əsərin itdiyi, oğurlandığı və ya zədələndiyi üzə çıxıb.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, Britaniya Muzeyi hadisədən məsul işçiləri işdən uzaqlaşdırıldığı və barələrində qanuni tədbirlər görüldüyünü bildirilib.

Eramızdan əvvəl 15-ci əsr ilə 19-cu əsrə aid olan sözügedən əsərlərin araşdırma məqsədi ilə anbarlarda saxlandığı və heç birinin sərgilənmədiyi qeyd edilib.

Muzey direktoru Hartwig Fischer təhlükəsizlik tədbirlərinin gücləndirildiyini və mütəxəssislərlə birlikdə nəyin itdiyini, nəyin oğurlandığını, nəyin zərər gördüyünü qiymətləndirdiklərini deyib. Həmçinin, oğurlanmış əsərlərin tapılması və daha sonra eyni hadisənin təkrarlanmaması üçün qabaqlayıcı addımlar atacaqlarını vurğulayıb.

Qeyd edək ki, London polisi əsərlərlə bağlı araşdırmaya başlayıb. Məlumata görə əsərlər 2023-cü ildən əvvəl itib.

Aygün

Manşet.az

 

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az