Keçmiş sevgilisinin çılpaq şəkillərini internetdə yayımladı - rekord cəza kəsildi

14:39 - 17 Avqust 2023

Keçmiş sevgilisinin çılpaq şəkillərini internetdə yayımladı - rekord cəza kəsildi

ABŞ-ın Texas ştatında məhkəmə "intiqam pornosu"nun qurbanı olan qadına 1 milyard 200 milyon dollar təzminat ödənməsinə qərar verib.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, şərti adı DL olan qadın 2022-ci ildə keçmiş sevgilisini ayrıldıqdan sonra onun fotolarını internetə yerləşdirdiyi üçün məhkəməyə verib.

İddia ərizəsində qeyd olunub ki, qadının şəxsi fotolarının internetə yerləşdirilməsi onun ictimaiyyət qarşısında alçaldılmasına səbəb olub.

Qadının vəkilləri bildiriblər ki, təyin olunan rekord məbləğdə təzminat DL-nın etibarını özünə qaytardı və bu, görüntülərinin yayılması yolu ilə cinsi qısnamanın bütün qurbanlarının qazancıdı.

Müttəhim fotoları qadına psixoloji təzyiq göstərmək, zorakılığa və cinsi təcavüzə məruz qoymaq məqsədi ilə internetə yerləşdirib. Təqsirləndirilən şəxs sonuncu mesajında bunları yazıb:

“Ömrünün qalan hissəsini görüntülərini internetdən təmizləməyə sərf edəcəksən. tanış olduğun hər kəs bunu eşidəcək və baxacaq. Uğurlu ovlar”.

Aygün

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az