İspaniyada 1800 hektar meşə sahəsi kül oldu

14:54 - 17 Avqust 2023

İspaniyada 1800 hektar meşə sahəsi kül oldu

İspaniyanın Tenerife adasındakı meşə yanğını nəticəsində indiyədək 1800 hektar ərazi yanaraq külə dönüb.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, İspaniyanın Tenerife adasında çərşənbə axşamı başlayan meşə yanğını nəzarətdən çıxıb. Rəsmilər bildirib ki, məqsədimiz yanğının yayılmasının qarşısını almaq və yerli əhalinin evlərini qorumaqdır.

Çətin relyef şəraitində yanğının söndürülməsi üçün yanğınsöndürmə briqadaları böyük səy göstəriblər.

Qeyd edək ki, ötən həftə Kanar adalarında təsirli olan isti dalğası səbəbiylə meşə yanğını riski ilə bağlı xəbərdarlıq edilmişdi.

Aygün

Manşet.az

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az